Türkiyədə azərbaycanlı işçilər lift şaxtasına yıxılıb: biri ölüb

Hadisə

29.10.2025 - 12:21

Digər zərərçəkənin müalicəsi davam edir

Türkiyənin İğdır şəhərində tikinti sahəsində lift şaxtasına yıxılan iki Azərbaycan əsilli işçi xəsarət alıb. AYNA.AZ Türkiyə mediasına istinadən bildirir ki, hadisə Topçular rayonunda qeydə alınıb.

İlkin məlumatlara görə, işçilər Babək N. və Sənan F. Yıxılaraq xəsarət alıblar. Türkiyə Fəlakət və Təcili Yardım İdarəsinin (AFAD) əməkdaşları hadisə yerinə gəliblər.

Yaralılar təxliyə edilərək şəhər xəstəxanasına aparılıb. Tibbi yardımlara baxmayaraq, Babək N. ölüb. İkinci zərərçəkənin müalicəsi davam edir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş