Türkiyədə ardıcıl iki yol qəzası olub, 10 nəfər yaralanıb

Xəbərlər

20.04.2024 - 23:29

Xəsarət alanlar arasında bir azyaşlı da olub

Türkiyənin İsparta şəhərində yol qəzası yerinə yardıma gələn polis və ambulans avtomobillərinə başqa nəqliyyat vasitəsi çırpılıb.

AYNA İHA-ya istinadən xəbər verir ki, iki yol-nəqliyyat hadisəsində biri körpə olmaqla ümumilikdə 10 nəfər yaralanıb.

Bildirilib ki, qəza yerli vaxtla 12:30 (Bakı vaxtı ilə 13:30) radələrində İsparta – Antalya şosesinin 8-ci kilometrliyində tunel girişində olub. Məlumata görə, zərərçəkmişlərdən üçü birinci, yeddisi ikinci qəzada yaralanıb.

Qeyd olunub ki, yaralıların vəziyyəti yaxşıdır.

Müəllif: Ayna.az