Zəlzələnin episentri 6 kilometr dərinlikdə yerləşib
Türkiyənin şimalında 5,6 bal gücündə zəlzələ qeydə alınıb. AYNA.AZ xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Birləşmiş Geofizika Xidmətinin Altay-Sayan şöbəsi məlumat yayıb.
Altay-Sayan şöbəsi tərəfindən emal edilən əməliyyat məlumatlarına görə, qeydə alınan zəlzələnin episentri Türkiyənin Qara dəniz bölgəsindəki Tokat əyalətindən 18 km şimal-şərqdə yerləşib.
Episentrdəki intensivliyinə əsasən, zəlzələ "çox güclü" kimi qiymətləndirilir.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi zəlzələnin maqnitudasını 5,3 bal olaraq qiymətləndirib. Avropa seysmoloqlarının məlumatına görə, zəlzələnin episentri 6 kilometr dərinlikdə yerləşib.