Yeraltı təkanların episentri Bursanın Gemlik rayonudur
Bu gün Türkiyənin Mərmərə bölgəsində zəlzələ olub. AYNA.AZ Türkiyə mediasına istinadən bildirir ki, ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına əsasən, zəlzələ yerli vaxtla saat 13:57-də 4,3 bal gücündə olub.
Yeraltı təkanların episentri Bursanın Gemlik rayonudur.
İstanbul başda olmaqla bir çox bölgədə hiss edilən zəlzələnin ocağının yerin 12,91 kilometr dərinliyində olduğu bildirilir.
Yeraltı təkanlarla bağlı açıqlama verən Türkiyənin daxili işlər naziri Ali Yerlikaya AFAD və ölkənin digər əlaqədar qurumlarının bütün heyətlərinin dərhal sahə araşdırmasına başladıqlarını bildirib.