Ərdoğanın sözçüsü beynəlxalq aləmi sülhün danışıqlar yolu ilə bərqərar olması üçün səy göstərməyə çağırıb
“Ukraynadakı münaqişə tərəfləri danışıqlar yolu ilə ölkədə sülhə nail olmağa çalışmalıdırlar”. AYNA TASS-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın deyib.
“Yeganə həll yolu hər kəsin müharibəyə təhrik yox, danışıqlar yolu ilə sülhə nail olmağa yönəlmiş səyləri dəstəkləməsidir”, - deyə Türkiyə rəsmisi vurğulayıb.
Kalın əlavə edib ki, Türkiyə dövlət başçısının avqustun 18-də Lvova səfəri Ankaranın diplomatik təşəbbüslərinin davamıdır: “Türkiyə Ukraynanın dövlət suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir”.
Qeyd edək ki, Türkiyə Ukraynanın infrastrukturunun bərpasına kömək edəcək. Ukraynanın İnfrastruktur Nazirliyindən verilən məlumata görə, müvafiq memorandum Lvovda imzalanıb. Nazirliyin məlumatına görə, Türkiyə strukturları bərpa üçün konkret layihələr hazırlaya bilər.