43 antiterror əməliyyatı həyata keçirilib
Türkiyə Silahlı Qüvvələri tərəfindən son bir ay ərzində 43 antiterror əməliyyatı həyata keçirilib. AYNA xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, səkkizi böyük, 35-i orta çaplı bu əməliyyatlar zamanı ölkə daxili və xaricində ümumilikdə 226 terrorçu zərərsizləşdirilib.
Bu istiqamətdə mübarizənin son terrorçu zərərsizləşdirənə qədər davam edəcəyi vurğulanıb.