Türkiyə səfiri Azərbaycana təşəkkür edib

Siyasət

29.10.2021 - 23:48

Türkiyə Cümhuriyyətinin yaranmasından 98 il ötür

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı qardaş ölkənin Cümhuriyyət Günü münasibətilə Bakı Olimpiya Stadionu (BOS) Türkiyə bayrağı ilə işıqlandırılması ilə əlaqədar ölkəmizə təşəkkür edib.

AYNA xəbər verir ki, səfir bu barədə özünün "Twitter"dəki səhifəsində yazıb.

“Cümhuriyyət Bayramımıza mənalı dəstək verən qardaş Azərbaycana ürəkdən təşəkkür edirik”, - deyə səfir sosial şəbəkədəki hesabında yazıb.

Qeyd edək ki, Türkiyənin Cümhuriyyət Günü münasibətilə Bakı Olimpiya Stadionu (BOS) bu ölkənin bayrağı ilə işıqlandırılıb. Şəhərin müxtəlif yerlərindən stadionun üzərində olan Türkiyə bayrağını izləmək mümkün olub.

İşıqlandırma Bakı Olimpiya Stadionu tərəfindən həyata keçirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş