Türkiyə ordusu PKK-nın Suriya və İraqdakı hədəflərinə zərbələr endirib

Dünya

24.10.2024 - 13:37

cedabet dərman SEO Xidməti

Hava zərbələri nəticəsində 32 terrorçu hədəfi uğurla məhv edib

Türkiyə Hərbi Hava Qüvvələri PKK terrorçularının Şimali İraq və Suriyadakı hədəflərinə zərbələr endirib. AYNA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, hava zərbələri nəticəsində 32 terrorçu hədəfi uğurla məhv edib. Milli Müdafiə Nazirliyi hansı hədəflərin vurulduğunu dəqiqləşdirməyib. Açıqlamada mülki şəxslərə zərər vurmamaq üçün hər cür tədbirin görüldüyü bildirilib. Bununla yanaşı, hava əməliyyatlarının davam etdiyi qeyd edilib.

Türkiyə Hərbi Hava Qüvvələrinin əməliyyatları müdafiə sənayesi şirkəti “Turkish Aerospace Industries”ın (TAI, TUSAŞ) Ankara vilayətində yerləşən obyektlərində törədilən terror aktından bir neçə saat sonra həyata keçirilib.

Son məlumatlara görə, Ankaradakı terror aktı nəticəsində 5 nəfər ölüb, 22 nəfər yaralanıb. Bundan əlavə, iki terrorçu öldürülüb.

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib ki, hücumda PKK-nın əli var. Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​də PKK-nın mümkün iştirakını açıqlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş