Türkiyə Ordusu 5 terrorçunu zərərsizləşdirib

Dünya

31.07.2022 - 19:23

“Terrorçuları aşkar edildikləri yerdə zərərsizləşdirməyə davam edəcəyik!”

Türkiyə Silahlı Qüvvələri Suriyada PKK/YPG terrorçularına qarşı növbəti əməliyyat keçirib. Əməliyyat nəticəsində Barış Pınarı bölgəsində hücuma hazırlaşan 5 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

AYNA Türkiyə mediasına istinadən bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 “Terrorçuları aşkar edildikləri yerdə zərərsizləşdirməyə davam edəcəyik!”,- deyə məlumatda qeyd olunub.

Müəllif: Ayna.az