Qarşılaşma Şenol Günəşin komandasının 0:1 hesablı məğlubiyyəti ilə nəticələnib
UEFA Millətlər Liqasında 2020/2021 mövsümünə start verilib.
AYNA xəbər verir ki, B liqasında mübarizə aparan Türkiyə millisi Macarıstan yığmasını qəbul edib.
Koronavirus pandemiyası səbəbindən azarkeşsiz keçirilən qarşılaşma Şenol Günəşin komandasının 0:1 hesablı məğlubiyyəti ilə nəticələnib. Macarıstan millisinə qələbə qazandıran qola 80-ci dəqiqədə Dominik Soboslai imza atıb.
Qrupun digər matçında isə Rusiya Serbiyanı 3:1 hesabı ilə məğlub edib.