Türkiyə MN hərbçilərimizlə bağlı paylaşım edib
Türkiyə tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinə gəmi təlimatçılarının hazırlanmasına dair təlim keçirilib.
AYNA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "Twitter" səhifəsində paylaşım edib.
Paylaşımda deyilir:
“İki dövlət, bir millət” anlayışı ilə azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edirik".
