“İki ölkə arasında ortaq sərhədin açılması üçün lazımi texniki və bürokratik işlər davam edir"
“Ankara və İrəvan iki ölkə arasında birbaşa ticarətin başlanması üçün hazırlıqları başa çatdırıblar”. AYNA.AZ xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Oncu Keçəli deyib.
Diplomat “X”də yazıb: "2022-ci ildən bəri davam edən Ermənistanla normallaşma prosesi kontekstində qəbul edilən etimad-quruculuq tədbirlərinin bir hissəsi olaraq, ölkəmizlə Ermənistan arasında birbaşa ticarətin başlanması üçün bürokratik hazırlıqlar 11 may 2026-cı il tarixinə qədər başa çatıb. İki ölkə arasında ortaq sərhədin açılması üçün lazımi texniki və bürokratik işlər davam edir".