Türkiyə-Ermənistan dialoqu üzrə növbəti görüşün vaxtı açıqlanıb

Dünya

29.04.2022 - 03:16

Həkimlər Klinikalar SEO Xidməti

Görüşün Vyanada baş tutacağı gözlənilir

Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıç və Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan arasında növbəti görüşün vaxtı bilinib.

AYNA Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, xüsusi nümayəndələrin növbəti görüşü mayın 3-də Vyanada baş tutacaq.

Qeyd edək ki, bundan öncə görüşün Vyanada keçiriləcəyi açıqlansa da, vaxt bilinmirdi.

Xatırladaq ki, xüsusi nümayəndələrin birinci görüşü Moskvada, ikinci görüşü Vyanada baş tutub. Bu, sayca üçüncü görüş olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş