“Azərbaycandan ixrac olunan qazı Kilis üzərindən Suriyaya, Dəməşqə ixrac edəcəyik”
Bu həftə türkiyə Azərbaycandan nəql olunan təbii qazı Suriyaya tədarük edəcək. AYNA.AZ Türkiyə mediasına istinadən bildirir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.
“Azərbaycanla SVOP razılaşması imzalamışıq. Bununla da Azərbaycandan ixrac olunan qazı Kilis üzərindən Suriyaya, Dəməşqə ixrac edəcəyik. Avqustun 2-də Azərbaycan, Suriya və Qətərdən olan həmkarlarım ilə bu mərasimi Kilisdə rellaşdıracağıq”, - deyə nazir vurğulayıb.
Bayraktar əlavə edib ki, nəql olunacaq qaz Suriyanın elektrik enerjisinin istehsalında istifadə olunacaq.
“Suriyaya ixrac olunacaq 6 milyon kubmetr qaz ilə gündəlik 1200 meqavat həcmində elektrik enerjisi istehsalını həyata keçirmək mümkün olacaq. Beləliklə, Suriyadakı mövcud enerji təsisatlarını yanacaqla təmin etmiş olacağıq. Bununla da Suriyada hazırda gün ərzində mövcud olan 3-4 saatlıq elektrik enerjisi verilişi, 10 saata qədər artırılacaq. Bu, insanların həyatına müsbət təsir göstərəcək”, - deyə qeyd edib.