Türkiyə BRİKS sammitində Rusiyaya yeni təkliflər təqdim edib

Dünya

25.10.2024 - 16:17

Həkimlər Klinikalar SEO Xidməti

“Təkliflər Qara dənizdəki gəmiçilik və bir neçə başqa məsələlərə aiddir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kazanda keçirilən BRİKS sammitində Kiyevlə təmaslar üçün yeni təklifləri Rusiya Federasiyasına çatdırıb. AYNA xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında deyib.

Putin qeyd edib ki, təkliflər Qara dənizdəki gəmiçilik və “bir neçə başqa” məsələlərə aiddir.

“Dünən görüşdüyümüz cənab Ərdoğan Qara dənizdə gəmiçiliklə bağlı təmasların davam etdirilməsi ilə bağlı bir daha bu təklifləri təzələdi”, – Rusiya Prezidenti vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş