Türk Şurasının nümayəndə heyətləri Ağdama gedirlər

Xəbərlər

11.04.2021 - 11:22

Prezidentin köməkçisi: “Nümayəndə heyətləri Ağdamda erməni vandalizminin nəticələrini görəcəklər”

 

Bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin nümayəndə heyətlərinin Ağdama və Gəncə şəhərinə səfərləri təşkil olunacaq. AYNA-nın xəbərinə görə, bu barədə Prezidentin köməkçisi - Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

 

H. Hacıyev deyib ki, nümayəndə heyətləri Ağdamda erməni  vandalizminin nəticələrini bilavasitə öz gözləri ilə görəcəklər: “Daha sonra Gəncə şəhərinə səfər edəcəyik. Nümayəndə heyətləri Ermənistanın Vətən müharibəsi dövründə Gəncə şərinə ballistik raketlərlə zərbə endirməsi nəticəsində mülki insanların ölümü və dağıntılara səbəb olmuş reallıqları yerində görəcəklər”.

Müəllif: Ayna.az