Türk ordusu 24 saata 184 Suriya hərbçisini zərərsizləşdirib

Dünya

05.03.2020 - 13:41

Həkimlər Klinikalar SEO Xidməti

Suriya ordusuna aid 4 tank, 5 top, 3 zirehli texnika və 3 tank əleyhinə minaatan məhv edilib

 

Türk ordusunun İdlibdə Suriya ordusuna qarşı başlatdığı “Bahar qalxanı” əməliyyatı davam edir. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri (TSQ) son 24 saat ərzində Suriya ordusuna aid 4 tank, 5 top, 3 zirehli texnika və 3 tank əleyhinə minaatanı məhv edib və 184 hərbçini zərərsizləşdirib.

 

Türkiyə Müdafiə Nazirliyi tərəfindən verilən açıqlamada əməliyyatın gecə saatlarında yerdən və havadan həyata keçirildiyi bildirilib.

 

Bundan əlavə, Suriya ordusunun “Pələng” briqadasının komandiri Süheyl Salman əl-Həsənin TSQ-nın Serakibə təşkil etdiyi hava əməliyyatında ağır yaralandığı qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş