Türk Hava Yollarının təyyarəsi Katmandu Hava Limanına eniş edərkən alovlanıb

Dünya

11.05.2026 - 15:10

Təyyarədə dördü uşaq olmaqla 277 sərnişin olub: sərnişinlər uğurla təxliyə edilib

İstanbuldan Nepal paytaxtına uçan Türk Hava Yollarına məxsus təyyarə Katmandu Hava Limanına eniş edərkən alovlanıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Nepal News” xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, eniş zamanı təyyarənin təkərləri alovlanıb.

Təyyarədə dördü uşaq olmaqla 277 sərnişin olub. Sərnişinlər uğurla təxliyə edilib. Lakin bəziləri xilasetmə əməliyyatı zamanı yüngül xəsarətlər alıb.

"Yanğın artıq yanğınsöndürənlər tərəfindən söndürülüb. Təyyarədə olan bütün sərnişinlər təhlükəsizlikdədir", - deyə məlumatda bildirilib.

Hadisədən sonra Katmandu Hava Limanında beynəlxalq uçuşlar dayandırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş