“Türk və İslam dünyasında ilk demokratik respublikanın yaradılması mühüm tarixi hadisə oldu”
Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev 28 May Müstəqillik Günü münasibətilə Azərbaycanı təbrik edib.
AYNA xəbər verir ki, təbrikdə deyilir: “28 May Müstəqillik Günü münasibətilə Azərbaycan hökumətini və qardaş Azərbaycan xalqını Türk Dövlətləri Təşkilatı adından və şəxsən öz adımdan təbrik edirəm.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini elan etməsi ilə türk və İslam dünyasında ilk demokratik respublikanın yaradılması mühüm tarixi hadisə oldu”.
Qeyd edilir ki, müstəqilliyini bərpa etdikdən sonra siyasi, iqtisadi və sosial sahələrdə böyük uğurlara imza atan Azərbaycan Respublikası Prezident İlham Əliyevin regionda və ondan kənarda sülhün, sabitliyin, sabitliyin təmin edilməsinə yönəlmiş rasional və ardıcıl siyasəti sayəsində daha da inkişaf edib və mühüm aktora çevrilib: “Bu münasibətlə Azərbaycan Respublikasının Türk Dövlətləri Təşkilatına göstərdiyi davamlı dəstəyə görə ürəkdən minnətdarlığımı bildirir, bütün Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq arzulayıram”.