Trend Agentliyinin baş direktor müavini koronavirusdan vəfat edib

Xəbərlər

05.01.2021 - 12:04

Həkimlər Klinikalar SEO Xidməti

Elxan Ələsgərov bir müddət imiş virusdan müalicə alırmış

 

“Baku Network” Ekspert Şurasının direktoru, Trend İnformasiya Agentliyinin baş direktorunun müavini, fəlsəfə doktoru Elxan Ələsgərov koronavirusdan dünyasını dəyişib.

 

AYNA xəbər verir ki, bu barədə onun yaxınları bildirib. Bir neçə gün imiş ki, E.Ələsgərovun vəziyyəti  ağır imiş, reanimasiyaya yerləşdirilibmiş. Süni tənəffüs aparatına qoşulan fəlsəfə doktoru bu gün vəfat edib.

 

Elxan Ələsgərov 1955-ci il mart ayının 14-də Bakı şəhərində anadan olub. Qarabağ müharibəsinin iştirakçısı olub, hərbi rütbəsi polkovnikdi. 2000-2015-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən xarici ölkələrə dəfələrlə uzun müddətli ezamiyyətlərə göndərilib.

 

2000-2006-ci illərdə Türkiyənin paytaxtı Ankarada və 2008-2015-ci illərdə Niderland Krallığının Haaqa şəhərindəki səfirliklərimizdə diplomat kimi çalışıb.

 

“Qafqaz Albaniyası” və “Qafqaz”Araşdırma Mərkəzlərinin təsisçisi, Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin və Yazıçılar Birliyinin üzvü, 2 kitab, 200-dən çox məqalənin müəllifi idi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş