Trampın yeni sosial şəbəkəsi fəaliyyətə başlayıb

Dünya

02.07.2021 - 04:42

Həkimlər Klinikalar SEO Xidməti

Yeni proqram "Twitter"ə çox oxşayır

 

ABŞ-ın keçmiş prezidenti Donald Trampın komandası bu gün – iyulun 1-də hər hansı ilkin elansız “Gettr” adlı yeni sosial şəbəkəni istifadəyə verib.

 

AYNA "Report"a istinadən xəbər verir ki, yeni internet platformasının təsvirində deyilir ki, onun missiyası "ləğv mədəniyyətinə qarşı mübarizə", "sağlam düşüncəni" təşviq etmək, "söz azadlığını qorumaq", həmçinin sosial şəbəkələrdəki "inhisarçılara qarşı mübarizə və real bazar yaratmaq"dan ibarətdir.

 

“Gettr”in inkişafına Trampın prezidentliyi dövründə baş məsləhətçisi olmuş Ceyson Miller rəhbərlik edir.

 

Nəşr bildirib ki, proqram "Twitter"ə çox oxşayır. Trampın “Gettr”də özünə hesab açıb-açmayacağı hələ məlum deyil, ancaq güman edilir ki, bu xidmət Amerikanın sabiq prezidentinin tərəfdarları ilə onlayn ünsiyyət saxlayacağı platforma olmalıdır.

 

Qeyd edək ki, sabiq prezident hələ mayda "Facebook", "Twitter" sosial şəbəkələrində hesablarının bloklanmasını kəskin tənqid edərək, bunu "mütləq biabırçılıq" və Birləşmiş Ştatlar üçün "alçalma" adlandırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş