ABŞ lideri Fars körfəzi regionuna dörd günlük səfər edib
ABŞ Prezidenti Donald Tramp 4 günlük Yaxın Şərq turuna başlayıb. Amerika lideri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada rəsmi səfərə gəlib. AYNA.AZ xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
“Tramp Fars körfəzi regionuna dörd günlük səfərə başlamaq üçün çərşənbə axşamı səhər Səudiyyə Ərəbistanına gəlib”, - deyə məlumatda bildirilib.
Telekanalın məlumatına görə, səfər zamanı əsas diqqət regional təhlükəsizlik məsələlərindən çox, iqtisadi razılaşmalara yönələcək.
Daha əvvəl bildirilmişdi ki, səfərin əsas mövzusu biznes məsələləri olacaq: Tramp ABŞ-a təxminən bir trilyon dollar dəyərində müqavilələr və investisiya öhdəlikləri ilə qayıtmaq niyyətindədir.
Bundan əvvəl məlum olmuşdu ki, Amerika lideri mayın 13-dən 16-dək Yaxın Şərqə səfər edəcək və Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) olacaq.