Trampın andiçmə mərasiminin yeri dəyişdirilib

Dünya

18.01.2025 - 08:07

Həkimlər Klinikalar SEO Xidməti

Mərasim qapalı yerdə keçiriləcək

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın andiçmə mərasimi gözlənilən soyuq hava ilə əlaqədar qapalı məkana keçiriləcək. AYNA xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən CNN telekanalı məlumat yayıb.

“Trampın andiçmə mərasiminin ölkə paytaxtında gözlənilən soyuq temperatur şəraiti səbəbindən bazar ertəsi qapalı məkanda keçiriləcəyi gözlənilir”, - nəşr yazıb.

Mənbələrə görə, mərasim “Capitol Rotunda”da baş tutacaq. İnauqurasiya paradının və digər tədbirlərin keçiriləcəyi yer hələ də müəyyənləşdirilir.

Bildirilib ki, yanvarın 20-də Vaşinqtonda temperaturun -2 ilə -6°C arasında olacağı proqnozlaşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş