Trampın açıqlamaları Avropa İttifaqı ölkələrinin liderlərini şoka salıb

Dünya

20.05.2025 - 13:26

Həkimlər Klinikalar SEO Xidməti

“Liderlər ABŞ Prezidentinin əldə olunmuş razılaşmaları necə təsvir etməsindən məəttəl qalıblar”

ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığından sonra verdiyi açıqlamalar Avropa İttifaqı (Aİ) ölkələri liderlərini şoka salıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Financial Times” qəzeti mənbələrinə istinadən məlumat yayıb.

“Danışıqlarla tanış olan bir şəxs bildirib ki, liderlər ABŞ Prezidentinin əldə olunmuş razılaşmaları necə təsvir etməsindən məəttəl qalıblar”, - mənbə qeyd edib.

Bildirilib ki, Trampın Avropa dövlətlərinin nümayəndələrini təəccübləndirən bəyanatlarından biri də onun münaqişənin həlli məsələlərində Rusiya Federasiyası ilə Ukrayna arasında vasitəçi kimi çıxış etməkdən mümkün imtinası ilə bağlı bəyanatı olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş