Telefon danışığında Ursula fon der Leyen və digər Avropa liderləri iştirak edəcəklər
ABŞ və Ukrayna prezidentləri, eləcə də Avropa liderləri bu gün Volodimir Zelenski və Donald Tramp arasında üzbəüz görüşdən əvvəl telefon danışığı aparacaqlar. AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, Tramp və Zelenski Floridada keçiriləcək görüşdən əvvəl telefon danışığı aparacaqlar.
Avropa Komissiyasının sözçüsünün sözlərinə görə, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və digər Avropa liderləri (dəqiq kimlər göstərilməyib) də iştirak edəcəklər.