Tramp: “Xərclər və vergilər haqqında qanun layihəsi ABŞ üçün hədiyyədir”

Dünya

04.07.2025 - 13:42

cedabet dərman SEO Xidməti

“ABŞ üçün cəmi bir neçə saat əvvəl qazandığı fenomenal qələbədən daha yaxşı ad günü hədiyyəsi ola bilməzdi”

“Konqresin təsdiq etdiyi xərclər və vergilər haqqında qanun layihəsi ABŞ üçün ən yaxşı ad günü hədiyyəsidir”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

Ayova ştatında keçirilən mitinqdə Tramp bildirib ki, “ABŞ üçün cəmi bir neçə saat əvvəl qazandığı fenomenal qələbədən daha yaxşı ad günü hədiyyəsi ola bilməzdi”.

Qeyd edək ki, Tramp təşəbbüsünü "Amerikanı yenidən möhtəşəm etmək üçün böyük bir gözəl qanun layihəsi" adlandırır.

Bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatası Trampın vergilər və dövlət xərcləri ilə bağlı qanun layihəsini qəbul edib. 218 konqresmen təşəbbüsün lehinə, 214-ü əleyhinə səs verib.

Xatırladaq ki, bu gün ABŞ-ın Müstəqillik Günüdür.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş