ABŞ Prezidenti sosial şəbəkədə Venesuela xəritəsinin şəklini "51-ci ştat" başlığı ilə paylaşıb
ABŞ Prezidenti Donald Tramp “Truth Social”da Venesuela xəritəsinin şəklini "51-ci ştat" başlığı ilə paylaşıb.
AYNA.AZ xəbər verir ki, bundan əlavə, Amerika liderinin dərc etdiyi fotoşəkildə Bolivar Respublikasının ərazisi ABŞ bayrağının rəngləri ilə rənglənib.
Daha əvvəl “Fox News” jurnalisti Bill Melugin “X”də yazıb ki, “Fox News”dakı həmkarı Con Roberts ilə telefon danışığında Tramp "Venesuelanı 51-ci ştat etmək barədə ciddi şəkildə düşünür" deyib.