Tramp: “Üçüncü Dünya müharibəsi yaxın aylarda başlaya bilər”

Dünya

13.10.2024 - 15:26

“Təhlillərə görə, yaxın aylarda dünya müharibəsi vəziyyətində olacağıq”

“Demokratlar hökumətinin hazırkı siyasəti səbəbindən Üçüncü Dünya müharibəsi yaxın aylarda başlaya bilər”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ-ın sabiq Prezidenti, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp deyib.

“Mən yaxın üç-dörd aydan narahatam. O mənada ki, təhlillərə görə, yaxın aylarda dünya müharibəsi vəziyyətində olacağıq”, - Tramp vurğulayıb.

Respublikaçı həmçinin qarşıdan gələn prezident seçkilərində qalib gələcəyi təqdirdə Ukrayna və Yaxın Şərqdəki münaqişəyə son qoyacağına söz verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş