Tramp Tokayevi tərifləyib: “O, yaxşı insandır”

Dünya

08.09.2025 - 16:35

ABŞ Prezidenti Qazaxıstana səfərini istisna etməyib

ABŞ Prezidenti Donald Tramp Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə “gözəl söhbət” etdiyini və Astanaya səfərinin mümkünlüyünü istisna etməyib. AYNA.AZ xəbər verir ki, jurnalistlərin Astanaya mümkün səfərlə bağlı suallarını cavablandıran Tramp “mən bunu bacarıram” deyib.

Amerika lideri qazaxıstanlı həmkarını təsvir edərək qeyd edib: "Onunla əla söhbətim oldu. Ona salam deyin, o yaxşı insandır".

Tramp bunu ABŞ Açıq Tennis Çempionatının kişilər arasında finalına getməzdən əvvəl Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş