Tramp Silvanı Sülh Şurasının təsisçi üzvü olmağa dəvət edib

Dünya

18.01.2026 - 15:42

Braziliya Prezidentinin amerikalı həmkarının təklifini qəbul edib-etmədiyi bilinmir

ABŞ Prezidenti Donald Tramp Braziliya lideri Luiz İnasio Lula da Silvanı Qəzza zolağı üçün Sülh Şurasının təsisçi üzvü olmağa dəvət edib. AYNA.AZ xəbər verir ki, bu barədə “CNN Brasil” mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin məlumatına görə, Tramp Vaşinqtondakı Braziliya səfirliyi vasitəsilə Braziliya Prezidentinə dəvət məktubu göndərib.

Kanalın mənbələri Lula da Silvanın Trampın təklifini qəbul edib-etmədiyini dəqiqləşdirməyib.

Daha əvvəl Tramp Qəzza zolağını idarə edəcək Sülh Şurasının yaradıldığını açıqlayaraq, idarəetmə orqanının tərkibinin "tezliklə elan ediləcəyini" bildirmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş