Tramp şikayətlənib: “Moskvadan ancaq gözəl sözlər eşidirəm”

Dünya

14.07.2025 - 13:26

ABŞ lideri Ukraynadakı münaqişənin həlli sürətindən məyus olduğunu açıqlayıb

ABŞ Prezidenti Donald Tramp növbəti dəfə Rusiya və Ukrayna arasında münaqişənin həllinin sürətindən məyus olduğunu bildirib. AYNA.AZ xəbər verir ki, onun fikirlərini “RİA Novosti” yayıb.

Amerika lideri Moskvadan ancaq “gözəl sözlər” eşitdiyindən şikayətlənib.

Bundan əvvəl Tramp Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı münaqişədə “davam etmək” qərarını tənqid edib. O bundan məyus olduğunu deyib və Kiyevə silah tədarükünü davam etdirəcəyinə söz verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş