Prezident Rusiyanın ABŞ-ın yeni sanksiyaların qəbulundan yayına bilib-biləməyəcəyi sualını cavablandırıb
“Rusiya Ukrayna ilə sülh sazişinin köməyi ilə sanksiyalardan qaça bilər”. AYNA.AZ xarici mediaya istinadən xəbər verir bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
Amerika liderindən Moskvanın ABŞ-ın yeni sanksiyaların qəbulundan yayına bilib-biləməyəcəyi soruşulub.
"Bəli - insanların həyatlarını itirmələrini dayandıracaqları bir müqavilə bağlamaqla", deyə Tramp bildirib.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin deyib ki, Rusiya qoşunları “xüsusi hərbi əməliyyatın” keçirildiyi ərazidə lazımsız itki verməyib.