“Qrenlandiyanın gələcəyini Qrenlandiyalıların özləri müəyyən etməlidir"
ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanı zorla ələ keçirmək planlarından imtina edib. AYNA.AZ xəbər verir ki, bu barədə ABŞ-ın Danimarkadakı səfiri Kennet Houeri Qrenlandiya radiostansiyası KNR-ə verdiyi müsahibədə deyib.
"Prezident artıq güc tətbiq etməyi düşünmür. Qrenlandiyanın gələcəyini Qrenlandiyalıların özləri müəyyən etməlidir", - deyə o bildirib.
O əlavə edib ki, Qrenlandiya işçi qrupunun həm Trampın ABŞ təhlükəsizliyi ilə bağlı narahatlıqlarını, həm də Danimarka və Qrenlandiyanın fikirlərini nəzərə alan bir qərara gəlməsi ehtimalı yüksəkdir.