“Onilliklərdir bir çox ölkə ABŞ ilə münasibətlərdən birtərəfli şəkildə faydalanıb”
ABŞ Prezidenti Donald Tramp qlobal idxal tarifinin artırılacağını elan edib. AYNA.AZ xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün “Truth Social” hesabında yazıb.
O ABŞ Ali Məhkəməsinin tarif qərarının ətraflı və hərtərəfli təhlilindən sonra 10%-lik qlobal tarifin dərhal qüvvəyə minərək 15%-ə qaldırıldığını bildirib.
Tramp qeyd edib ki, “onilliklərdir bir çox ölkə ABŞ ilə münasibətlərdən birtərəfli şəkildə faydalanıb” və “yeni qərar qanuni olaraq icazə verilən həddədir və hüquqi baxışdan keçib”.