“Çünki Harris onları həqiqətən aldadır”
ABŞ Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Demokratlar Partiyasının namizədi, rəqibi Kamala Harrisi dəstəkləyən ölkənin qaradərili vətəndaşlarına “başlarını müayinə etdirməyi” təklif edib. AYNA xəbər verir ki, bu barədə “The Hill” yazıb.
“İstənilən afroamerikalı və ya latın amerikalı mənim onlara qarşı nə qədər yaxşı olduğumu bilir. Kamala Harrisə səs verən hər kəsin başı yoxlanılmalıdır. Çünki Harris onları həqiqətən aldadır”, - deyə Tramp bildirib.