Tramp Putinlə Səudiyyə Ərəbistanında görüşəcək

Dünya

17.02.2025 - 12:36

Həkimlər Klinikalar SEO Xidməti

Prezident Zelenskinin ABŞ və Rusiya arasında danışıqlarda iştirak edəcəyini bildirib

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə Səudiyyə Ərəbistanında "çox yaxında" görüşəcəyini açıqlayıb. Bu barədə AYNA xarici mediaya istinadən bildirir.

Bundan əlavə, Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ və Rusiya arasında danışıqlarda iştirak edəcəyini bildirib.

Səudiyyə Ərəbistanı Rusiya və Amerika rəsmilərinə danışıqlar platforması ilə təmin etməklə yanaşı, bu mühüm prosesdə vasitəçi rolunu da öz üzərinə götürəcək. CNN bu barədə görüşün fevralın 18-də baş tutacağını iddia edən mənbələrə istinadən xəbər verib.

ABŞ-ı danışıqlarda dövlət katibi Marko Rubio və Prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals da daxil olmaqla yüksək vəzifəli şəxslər təmsil edəcək. Kiyev bu görüşlərdə iştirak etməyəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş