“Əslində Putin həmin görüşü ABŞ-dan başqa hər yerdə keçirməyi çox istərdi”
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüş üçün məkan kimi Alyaskanın seçilməsinin mübahisəli olduğunu deyib. AYNA.AZ xəbər verir ki, bu barədə Prezident “Truth” sosial hesabında yazıb.
“Saxta media üç gündür deyir ki, Rusiya Prezidenti Vladimir Putinə ABŞ-da görüş keçirməyə icazə verməklə mən böyük məğlubiyyətə uğramışam. Əslində Putin həmin görüşü ABŞ-dan başqa hər yerdə keçirməyi çox istərdi və "feyk media" bunu bilir. Əsas mübahisə mövzularından biri də bu idi", - deyə Amerka lideri qeyd edib.