Tramp Putindən Ukraynaya hücumu bir həftəlik dayandırmasını istəyib

Dünya

30.01.2026 - 20:44

Kreml Amerika liderinin istəyini təsdiqləyib

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putindən "danışıqlar üçün əlverişli şərait yaratmaq məqsədilə" 1 fevrala qədər Kiyevə hücum etməkdən çəkinməsini istəyib. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə deyib.

Peskov qeyd edib ki, "Prezident Tramp şəxsən danışıqlar üçün əlverişli şərait yaratmaq məqsədilə Prezident Putindən bir həftə Kiyevə hücum etməkdən çəkinməsini istəyib".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş