Amerika liderinin köməkçiləri dərhal görüşləri planlaşdırmağa başlayıblar
ABŞ Prezidenti Donald Tramp komandasından rusiyalı həmkarı Vladimir Putin və ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşlərini mümkün qədər tez təşkil etməyi xahiş edib. AYNA.AZ xəbər verir ki, bu barədə CNN mənbələrinə istinadən məlumat yayıb.
Qeyd edilib ki, Trampla dünya liderləri arasında mühüm görüşlərə hazırlaşmaq üçün adətən vaxt lazımdır, lakin bu halda o, “komandasından tez hərəkətə keçməyi xahiş edib”.
CNN mənbələrinin məlumatına görə, Amerika liderinin köməkçiləri “dərhal görüşləri planlaşdırmağa başlayıblar”.