Tramp: "Putin Avropadan yox, ABŞ-dan qorxur"

Dünya

17.03.2026 - 11:52

“O ABŞ-dan və ilk müddətimdə qurduğum ordudan qorxur"

“Rusiya Prezidenti Vladimir Putin Avropadan yox, ABŞ-dan qorxur”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda NATO müttəfiqləri arasındakı fikir ayrılıqlarından danışarkən deyib.

Daha əvvəl Tramp “Financial Times” qəzetinə verdiyi açıqlamada bildirib ki, əgər müttəfiqləri ABŞ və İran arasında silahlı münaqişə fonunda Hörmüz boğazının təhlükəsizliyini təmin etməyə kömək etməsələr, NATO-nun gələcəyi "çox pis" ola bilər. Tramp Böyük Britaniya, Fransa və bir sıra digər Avropa ölkələrini, eləcə də Çin, Yaponiya və Cənubi Koreyanı dünya neftinin təxminən beşdə birinin keçdiyi boğazın açılması üçün səyləri birləşdirməyə çağırıb. Lakin bir neçə NATO üzvü dövləti ABŞ Prezidentinin çağırışını faktiki olaraq rədd edib.

NATO-nun gələcəyindən danışan Tramp qeyd edib: "NATO bizik, Putindən soruşun. Putin bizdən qorxur. O Avropadan yox, bizdən qorxur. O ABŞ-dan və ilk müddətimdə qurduğum ordudan qorxur".

Eyni zamanda, Tramp Ukraynada sülh yolu ilə həllə nail olmaq üçün müttəfiqləri ilə işləməyə davam etdiyini qeyd edib.

"The Wall Street Journal" qəzetinin məlumatına görə, ABŞ administrasiyası Hörmüz boğazından gəmiləri müşayiət etmək üçün beynəlxalq koalisiyanın yaradıldığını elan etməyi planlaşdırır. Əməliyyatda iştirak etməyə razılıq verən bir neçə ölkənin də daxil olacağı gözlənilir. Tramp deyib: "Boğazdan faydalananların orada pis bir şeyin baş verməməsi üçün təmin edilməsinə kömək etməsi tamamilə uyğundur. Əgər cavab verilməsə və ya cavab mənfi olarsa, düşünürəm ki, bu, NATO-nun gələcəyi üçün çox pis olacaq".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş