Amerika lideri Kiyevə kömək edəcəyinə söz verib
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin özünü qalib elan etməsinə mane olmaq üçün Ukraynadakı münaqişənin həlli üçün sülh prosesi ərəfəsində Kiyevi dəstəkləməyə söz verib. AYNA xəbər verir ki, Amerika liderinin sözlərini Britaniyanın “The Economist” qəzeti yayıb.
"Mən Ukraynanı dəstəkləyirəm" deyən Tramp Amerikanın Kiyevə yardım göstərildiyi müddətcə dəstəyini davam etdirəcəyini vurğulayıb.
Tramp əlavə edib ki, ABŞ Kiyevə kömək etməsəydi, “Putin qalib gəldiyini deyərdi”.