İlham Əliyev: “Bu da ümumiyyətlə, regionda sülhü gücləndirəcək”
“Tramp marşrutu nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, eyni zamanda, çox etibarlı, təhlükəsiz qaydada böyük daşımalar dəhlizinə çevriləcək. O Azərbaycan ərazisi, Ermənistan vasitəsilə Asiyanı Avropa ilə birləşdirəcək və digər qonşular da burada iştirak edəcəklər”.
AYNA.AZ xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ABŞ-ın Vitse-Prezidenti Ceyms Devid Vens ilə mətbuata birgə bəyanatında bildirib.
Dövlətimizin başçısı deyib ki, “bu da ümumiyyətlə, regionda sülhü gücləndirəcək”.