"Mən Fransız şərabı və şampanına 200 faiz tarif tətbiq edəcəyəm və Makron Sülh Şurasına qoşulacaq"
ABŞ Prezidenti Donald Tramp Fransa Prezidenti Emmanuel Makronu Sülh Şurasına qoşulmağa məcbur etməyin yolunu açıqlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Ağ Ev rəhbəri bildirib ki, "Mən Fransız şərabı və şampanına 200 faiz tarif tətbiq edəcəyəm və Makron Sülh Şurasına qoşulacaq".
Əvvəllər Makronun amerikalı həmkarının Sülh Şurasına qoşulmaq dəvətini qəbul etməyəcəyi bildirilirdi.