Tramp Maduro ilə birbaşa telefon danışığı planlaşdırır

Dünya

25.11.2025 - 11:06

Söhbət planlaşdırma mərhələsindədir və dəqiq tarix hələ müəyyən edilməyib

ABŞ Prezidenti Donald Tramp Venesuela Prezidenti Nikolas Maduro ilə birbaşa telefon danışığı aparmaq niyyətindədir. AYNA.AZ xəbər verir ki, bu barədə “Axios” mənbələrinə sitinadən məlumat yayıb.

Qeyd olunub ki, söhbət planlaşdırma mərhələsindədir və dəqiq tarix hələ müəyyən edilməyib.

Trampın Maduro ilə danışmağının məqsədi hələ açıqlanmayıb, lakin “Axios” qeyd edir ki, "müxtəlif ssenarilər nəzərdən keçirilir".

Nəşrin mənbələri vurğulayıb ki, Trampın Maduro ilə birbaşa əlaqə saxlamaq qərarı ABŞ-ın hərbi müdaxiləsi, məsələn, raket zərbələri və ya yerüstü əməliyyatlar kimi təcili təhlükəsinin olmadığını göstərir.

"Hazırda Maduronu ələ keçirmək və ya məhv etmək üçün heç bir plan yoxdur. Bunu tamamilə istisna etmək olmaz, amma hazırda nəzərdən keçirilmir", - deyə ABŞ rəsmilərindən biri bildirib.

Lakin o əlavə edib ki, ABŞ narkotik qaçaqmalçılığında şübhəli bilinən gəmilərə zərbə endirmək hüququnu özündə saxlayır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş