Tramp: “Kuba hökumətinin süqut ehtimalı artıb”

Dünya

15.01.2026 - 12:50

"Onlar artıq Venesueladan pul almırlar, neft almırlar, qızıl almırlar”

“Venesueladakı hərbi əməliyyatlardan sonra Kuba hökumətinin süqut ehtimalı artıb”. AYNA.AZ xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Reuters”ə müsahibəsində deyib.

"Yəqin ki, bəli, mən də belə düşünürəm", Tramp bu məsələ ilə bağlı suala cavab olaraq bildirib.

"Onlar artıq Venesueladan pul almırlar, neft almırlar, qızıl almırlar. Onlarla əlaqə tamamilə kəsilib. Beləliklə, bilirsiniz ki, süqut ehtimalı artıb", Ağ Ev rəhbəri Kuba hökuməti barədə söyləyib.

Bir müddət əvvəl Kuba Prezidenti Migel Dias-Kanel respublikanın 66 ildir ABŞ-ın hücumuna məruz qaldığını və müstəqilliyini son damla qanına qədər qorumağa hazır olduğunu bildirmişdi. Kuba lideri həmçinin qeyd edib ki, Havana miqrasiya ilə bağlı texniki əlaqələr istisna olmaqla, Vaşinqtonla danışıqlar aparmır, lakin ciddi və məsuliyyətli dialoqa açıqdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş