ABŞ-ın yeni Prezidenti gələcək administrasiyasında bir sıra əsas vəzifələrə namizədlər təklif edib
ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp dövlət başçısı vəzifəsinə başlamazdan əvvəl kabinet və rəhbərlik komandası formalaşdırmağa başlayıb. Bu barədə AYNA xarici mediaya istinadən bildirir.
Qeyd olunub ki, Tramp Senat tərəfindən təsdiq edilməli olan 15 dövlət qurumunun rəhbərlərini, eləcə də digər yüksək inzibati vəzifələrə işçiləri təyin edəcək.
Bu günə qədər Tramp bir sıra nazirlik və idarə rəhbərlərinə namizədlərlə bağlı artıq qərar verib. Milli təhlükəsizlik müşaviri vəzifəsinə Tramp Avropanı Ukraynanı dəstəkləmək üçün daha çox işlər görməyə çağıran və eyni zamanda, Bayden administrasiyasının 2021-ci ildə qoşunlarını Əfqanıstandan çıxarmasını açıq şəkildə tənqid edən Mayk Uolsun namizədliyini irəli sürüb.