“Razılaşmadan imtina etməkdənsə, razılaşma bağlamağı üstün tuturam”
ABŞ Prezidenti Donald Tramp Tehranla nüvə proqramı ilə bağlı razılığa gəlməyə hazır olduğunu bəyan etsə də, İslam Respublikasına qarşı güc tətbiq etmək ehtimalına yenidən icazə verib. AYNA.AZ xəbər verir ki, bu barədə Tramp “Truth Social” sosial şəbəkə hesabında yazıb.
"Qərarı verən mənəm. Razılaşmadan imtina etməkdənsə, razılaşma bağlamağı üstün tuturam. Əgər razılaşma olmazsa, bu ölkə və təəssüf ki, İran xalqı üçün çox çətin bir gün olacaq. Onlar əla və gözəl xalqdır və onlara bu qədər pis bir şey olmamalıdır", - Tramp bildirib.