“Onlar danışıqlar aparmaq istəyirlər, amma mən dedim ki, çox gecdir”
ABŞ Prezidenti Donald Tramp İranın danışıqlar təklifini rədd edib. AYNA.AZ xəbər verir ki, bu barədə Tramp sosial media platforması “TruthSocial”da yazıb.
"Onların hava hücumundan müdafiə sistemləri, hava qüvvələri, donanması və rəhbərliyi məhv edilib. Onlar danışıqlar aparmaq istəyirlər, amma mən dedim ki, çox gecdir”, - deyə Amerika lideri yazıb.
Tramp əvvəllər İranın yeni rəhbərliyinin Vaşinqtonla danışıqlar aparmaq istəyini bildirdiyini demişdi. O bu təkliflə ABŞ-a kimin müraciət etdiyini açıqlamasa da, əlaqələri bərpa etməyə razı olduğunu söyləmişdi.