"47 ildir ki, sadəcə danışmaq, danışmaq və danışmaqdan başqa bir şey edilmir”
ABŞ Prezidenti Donald Tramp İranda rejim dəyişikliyinin "baş verə biləcək ən yaxşı şey" olduğunu söyləyərək, ölkədəki ruhani rejimin dəyişdirilməsi ideyasını dəstəklədiyini vurğulayıb. AYNA.AZ xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
"47 ildir ki, sadəcə danışmaq, danışmaq və danışmaqdan başqa bir şey edilmir. Bu müddət ərzində çoxlu insan itirmişik", - deyə o bildirib.
Tramp İrana kimin rəhbərlik etməsini istədiyini dəqiqləşdirməkdən imtina edib, lakin qeyd edib ki, bu vəzifəni tuta biləcək "insanlar var". İranın Ali Lideri Ayətullah Əli Xameneyi hələ Trampın son açıqlamalarına cavab verməyib.
Bu arada, ABŞ İrana nüvə razılaşmasına nail olmaq üçün təzyiqi artırmaq üçün Yaxın Şərqə ikinci təyyarədaşıyan gəmi göndərib.
Trampın sözlərinə görə, dünyanın ən böyük hərbi gəmisi və ən yeni Amerika təyyarədaşıyan gəmisi olan “USS Gerald R. Ford”un "çox tezliklə" Karib dənizindən Yaxın Şərqə köçürülməsi gözlənilir.