Tramp: “Heç kim yəhudi xalqı üçün məndən çox iş görməyib”

Dünya

08.10.2024 - 12:59

Həkimlər Klinikalar SEO Xidməti

“Mən yəhudilərin səsini 100 faiz toplamalı olduğuma inanıram”

“Mən yəhudilərin səsini 100 faiz toplamalı olduğuma inanıram. Çünki yəhudi xalqı üçün məndən çox heç kim iş görməyib”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ-ın sabiq Prezidenti, Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp deyib.

Oktyabrın 7-də, HƏMAS-ın İsrailə hücumunun ildönümündə Tramp deyib ki, o, prezident olsaydı, hücumlar “heç vaxt baş verməzdi”.

“Heç kim yəhudi xalqı üçün məndən çox şey etməmişdir. Heç kim İsrail üçün ABŞ Prezidenti kimi, məndən artıq işlər görməyib”, - Tramp söyləyib.

Tramp eyni zamanda, bir daha ABŞ-ın hazırkı Prezidenti Co Baydeni tənqid edərək, onun “tarixdəki ən pis beynəlxalq prezident” olduğunu deyib: “Demək istəyirəm ki, Ukraynaya baxın. Ötən ilin oktyabrın 7-dən sonraya da baxın,  görün nələr oldu. Mən Prezident olsaydım, 7 oktyabr heç vaxt baş verməzdi”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş